- Baxış sayı: 37
- 21 Noyabr 2024 20:11
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Budapeştdə cüdoçuların dünya çempionatı davam edir. Allsport.az saytı xəbər verir ki, 3-cü yarış günündə kişilərimiz uğurlu çıxış ediblər.
Rüstəm Orucov (73 kq) Kosova, Fransa, Tacikistan və Çinli rəqiblərinə qalib gələrək “C” qrunu öncül bitirib. Yarımfinalda koreyalı Çangrin Ana vazari ilə uduzsa da, sonradan fənd işlədərək ipponla həlledici mərhələyə yüksəlib. Qızıl medal uğrunda görüşdə olimpiya mükafatçımız yaponiyalı Soiçi Haşimoto ilə qarşılaşıb. Mücadilədə həmyerlimiz daha fəal olsa da, “qızıl xalda” ötən ilin Asiya çempionu bir fəndlə məsələni xeyrinə həll edib.
Adı çəkilən çəkidə çıxış edən digər təmsilçimiz Hidayət Heydərov da “B” qrupunun qalib olub. O, Mərakeş, Ruminiya, Kuba və Rusiya təmsilçilərini yenib. Son Avropa çempionumuz 1/2 finalda bu idman növünün vətəni sayılan Yaponiya, cüdoçu Soiçi Haşimotoya uduzub. 3-cü yer üçün tutaşmada o, moqolustanlı Odbayar Qanbaatarla üz-üzə gəlib. Əsas vaxtda qalib müəyyənləşməyib, “qızıl xal”da rəqib fənd işlədib, Hidayət 5-ci yerlə kifayətlənib.
Srağagün bizdən Orxan Səfərov (60 kq) 2-ci yer tutub.