- Baxış sayı: 32
- 21 Noyabr 2024 14:48
- Baxış sayı: 49
- Noyabr 21, 2024
- 0
Bu il sentyabrın 12-dən oktyabrın 4-dək Litvada keçiriləcək dünya çempionatının loqosunun təqdimat mərasimi olub.
Allsport.az xəbər verir ki, Vilnüsdəkı MO muzeyində keçirilən tədbirdə təşkilatçı ölkənin futbol federasiyasının prezidenti Tomas Danileviçius, baş katib Edqaras Stankeviçius və FIFA-nın turnirlər üzrə rəhbəri Ceymi Yarzanın salamlama nitqindən əvvəl işıq şousu altında yeni loqo təqdim olunub.
Emblemdə Litvanın iki qürurverici xüsusiyyəti – təbii ehtiyatları və texnoloji təcrübəsi vurğulanıb. Litvada gücün simvolu hesab edilən palıd ağacının yarpaqlarının da təsvir olunduğu kubok Litvanın dövlət bayraqlarının rəngləri ilə bəzədilib. Landşaftın üstünlüyü isə Litvanın öz təbii irsinin qorunmasına sadiqliyinin göstəricisi kimi qeyd olunub.