- Baxış sayı: 68
- 03 Dekabr 2025 22:40
- Baxış sayı: 84
- Dekabr 05, 2025
- 0

Bu gün Budapeştdə cüdoçuların şəxsi dünya çempionatı bitib. Allsport.az saytı xəbər verir ki, 6-cı yarış günündə Fərhad Məmmədovun komandası yenə fərqlənib.
Elmar Qasımov (100 kq) “B” qrupunda monqolustanlı və portuqaliyalı rəqiblərinə qalib gəlsə də, yaponiyalı idmançıya uduzaraq mübarizəni təsəlliverici görüşlərdən davam etdirib. Burada belçikalı, sonra komanda yoldaşı Elxan Məmmədova qalib gələrək 3-cü yer tutub.
Maraqlıdır ki, Rio oyunlarının gümüş mükafatçısından fərqli, ilk və hələlik yeganə dünya çempionumuz yer aldığı “D” qrupunu qalib bitirib. Amma o, yarımfinalda gürcüstanlı cüdoçuya, sonra qeyd etdiyimiz kimi Elmar Qasımov uduzaraq, 5-ci olub.
Digər təmsilçimiz Uşandi Kokauru (+100 kq) mücadiləni erkın dayandırıb. Əvəzində, qadınlarda ən ağır çəkidə çıxış edən cüdoçumuz İrina Kindzerska (+78 kq) bürünc müküfata yiyələnib.
Xatırladaq ki, buna qədər Orxan Səfərov (60 kq) və Rüstəm Orucov (73 kq) gümüş medal qazanıblar.