- Baxış sayı: 37
- 21 Noyabr 2024 20:11
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Sankt-Peterburqda cüdoçuların “Dünya ustaları”na yekun vurulub. Allsport.az saytı xəbər verir ki, yarışın sonuncu günü Azərbaycan millisi daha bir medal qazanıb.
100 kq-da mübarizən aparan dünya çempionumuz Elxan Məmmədov 3-cü yer uğrunda mübarizədə ev sahibi Kiril Denisova qalib gəlib. Üstəlik, reytinqinə 900 xal əlavə edib.
Xatırladaq ki, ilk gündə eyni nəticəni Hidayət Heydərov (73 kq) göstərmişdi. 46 ölkədən 212 idmançının mübarizə apardığı beynəlxalq turnirdə millimiz 7 nəfərlə təmsil olunub (Şəkildə sağda).