- Baxış sayı: 178
- 26 Mart 2026 11:23
- Baxış sayı: 27
- Mart 26, 2026
- 0

Azərbaycan akrobatika gimnastları Polşanın Jeşuv şəhərində keçirilən dünya kuboku və beynəlxalq yarışda uğurlu çıxış ediblər.
Allsport.az xəbər verir ki, komandamız 4 medal qazanıb.
Dünya kubokunda Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Daniel Abbasov-Murad Rəfiyev cütü və Riad Səfərov, Abdulla Əl-Məşayxi, Rəsul Seyidli və Seymur Cəfərovdan ibarət qrup isə bürünclə kifayətlənib.
Beynəlxalq yarışda isə Diana Məmmədova, Safiya Babayeva və Firuzə Qasımzadədən ibarət qrup 12-18 yaş kateqoriyasında ikinci yeri tutub.