Əfsanəvi futbolçu karyerasını bitirir

Moskva MOİK-inin əfsanəvi hücumçusu Vaqner Lav peşəkar futbolçu karyerasını yekunlaşdırır.

Allsport.az xəbər verir ki, 41 yaşlı braziliyalı forvard bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Məlumata görə, oyunçu martın 28-də hazırkı klubu “Retro”nun heyətində vida matçına çıxacaq və daha sonra məşqçi köməkçisi kimi fəaliyyət göstərəcək.

Lav MOİK-lə 259 oyunda 124 qol vurub. O, klubla 3 dəfə Rusiya çempionu, 6 dəfə ölkə kuboku və 2005-ci ildə UEFA kubokunun qalibi olub.

Həmin kateqoriyadan