Elmar Qasımov: Həlledici görüşdə rəqib fiziki cəhətdən məni üstələdi

«Əsas məşqlərə yanvarda başlamışam. Parisdə eyni yarışda daha zəif çıxış etmişdim. Rio oyunlarından sonra istirahət etdiyimdən, fiziki hazırlığım hələ yaxşı deyil. Rəqib bundan istifadə edib sonda qalib gəldi». Bunu allsport.az saytına açıqlamasında «Böyük dəbilqə» turnirində gümüş medal qazanan Elmar Qasımov (100 kq) dedi. Təcrübəli cüdoçunun sözünə görə, texniki cəhətdən finalda niderlandı rəqibini üstələyib:

«Mixael Korrel Rio oyunlarına qatılmamışdı. Bu üzdən, o daim məşq edərək, gücünü qoruyub. Fikrimcə, zaman-zaman optimal hazırlıq formamı yığacağam. Ayın 16-da Macarıstana təlim-məşq toplanışına yollanacağıq. Qarşıda Avropa çempionatı və İslam olimpiadası var».

Həmin kateqoriyadan