- Baxış sayı: 51
- 22 Mart 2026 13:36
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

Xəbər verdiyimiz kimi, Cüdo federasiyasında baş verən məlum dəyişiklikdən sonra, rəhbər və icraçı orqanlarda dəyişiklik baş verib. ACF prezidenti – Rövnəq Abdullayev, vitse-prezidentlər – Sadıq Sadıqov, Elnur Məmmədli, Mikayıl İsmayılov və baş katib – Elmar Babanlı seçiliblər. Bu günlərdə daha bir təyinat gerçəkləşib.
Allsport.az saytına daxil olan məlumata görə, “Neftçi” İdman Klubununda sədrin müşaviri olan həmkarımız Elnur Əşrəfoğluya federasiyanın mətbuat katibliyi tapşırılıb.
24-28 oktyabrda BƏƏ paytaxtı Abu-Dabidə gənc cüdoçuların dünya birinciliyi keçiriləcək. Həmin yarışa həmkarımız da ezam olunacaq və ilk ACF-də ilk rəsmi səfərini gerçəkləşdirəcək.