- Baxış sayı: 74
- 03 Dekabr 2025 22:40
- Baxış sayı: 34
- Dekabr 05, 2025
- 0

Polşanın paytaxtı Varşavada cüdoçuların Avropa çempionatı sona yetib. Allsport.az saytı xəbər verir ki, yarışın üçüncü günü də millimiz üçün uğurlu olub.
100 kq-da dünya çempionu Elxan Məmmədov (100 kq) fəxri kürsünün ən yüksək pilləsinə çıxıb. Bu çəkidə Rio-2016-nın gümüş mükafatçısı 5-ci olub. Eyni nəticəni Məmmədəli Mehdiyev də göstərib. Uşangi Kokauri (+100 kq) mücadiləni erkən dayandırıb.
Xatırladaq ki, əvvəlki günlərdə Hidayət Heydərov (73 kq) 1-ci, Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq) və Rüstəm Orucov (73 kq) 3-cü yeri tutublar.