- Baxış sayı: 46
- 06 Fevral 2026 21:54
- Baxış sayı: 139
- Fevral 06, 2026
- 0

Millimizin əsas üzvləri İspaniyada Avropa Cüdo Federasiyasının təşkil etdiyi təlim-məşq toplanışındadır. Allsport.az saytı xəbər verir ki, Kastelldefels şəhərində komandamız baş məşqçi Fərhad Məmmədov və məşqçi Mehman Əzizovun rəhbərliyi ilə gündə 2 dəfə məşq edirlər. Cüdoçularımız İspaniya toplanışını başa vurduqdan sonra iyulun 7-də millimiz vətənə qayıdacaq.
Təlim-məşq toplanışında Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi – 73 kq), Tural Safquliyev (90 kq), Elxan Məmmədov, Zelim Kotsoyev (100 kq) və Uşanqi Kokauri (+100 kq) iştirak edirlər.
Qeyd edək ki, hazırlıqlarını Bakıda davam etdirəcək cüdoçularımız iyulun 22-də Belarusun paytaxtı Minskdə keçiriləcək Avropa açıq çempionatına qatılacaqlar.