- Baxış sayı: 84
- 03 Dekabr 2025 22:40
- Baxış sayı: 58
- Dekabr 05, 2025
- 0

Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatında uğur qazanan millimiz Vətənə dönüb.
Allsport.az saytı xəbər verir ki, Fərhad Məmmədovun komandasını Heydər Əliyev beynəlxalq hava limanında ACF rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri, jurnalistlər və idmançıların ailə üzvləri qarşılayıblar.
Qeyd edək ki, dünya çempionatında Orxan Səfərov (60 kq), Rüstəm Orucov (73 kq) gümüş, Elmar Qasımov (100 kq) və İrina Kindzerska (+78 kq) bürünc medal qazanıblar.