Fərhad Məmmədovun komandasının növbəti sınağı Antalya mükafat yarışıdır

7-9 apreldə Türkiyənin Antalya şəhərində cüdoçuların növbəti qran-prisi keçiriləcək. Allsport.az saytı xəbər verir, yarışda 36 ölkədən 274 (164 kişi, 110 qadın) nəfər iştirak edəcək. Bu turnirə Azərbaycan millisi də qatılacaq. Komandamız qardaş ölkəyə 14 kimono ustası yollanacaq.

Bunlar Vüqar Şirinli, İlkin Babazadə (hər ikisi – 66 kq), Hidayət Heydərov, Hüseyn Rəhimli (73 kq), Məmmədəli Mehdiyev, Tural Səfquliyev (90 kq), Elxan Məmmədov (100 kq), Uşanqi Kokauri (+100 kq), Aişə Qurbanlı, Gültac Məmmədəliyeva (48 kq), Nəzakət Əzizova (52 kq), Leyla Şahin, Nərgiz Hacıyeva (57 kq) və Gülsədəf Kərimovadır (67 kq).

 

Həmin kateqoriyadan