- Baxış sayı: 233
- 30 Noyabr 2025 10:00
- Baxış sayı: 47
- Dekabr 05, 2025
- 0

Aprelin 1-də gənclər və idman naziri Fərid Qayıbov beynəlxalq gimnastika federasiyasının (FİG) “Gimnastika hamı üçün” komitəsinin prezidenti Roqerio Valerio ilə görüşüb.
Allsport.az xəbər verir ki, görüşdə gimnastikanın inkişafı, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və bu sahədə təcrübə mübadiləsinin aparılması barədə fikir mübadiləsi aparılıb. Həmçinin Azərbaycan və FİG-nin “Gimnastika hamı üçün” komitəsi arasında əməkdaşlığın gücləndirilməsi və qarşılıqlı fəaliyyətin genişləndirilməsi perspektivləri müzakirə edilib.
Görüşdə həmçinin FİG-nin “Gimnastika hamı üçün” komitəsinin üzvləri və Azərbaycan gimnastika federasiyasının rəsmiləri iştirak ediblər.