- Baxış sayı: 37
- 21 Noyabr 2024 20:11
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Budapeştdə cüdoçuların dünya çempionatı sona yaxınlaşır. Allsport.az saytı xəbər verir ki, kişilərdən fərqli, böyük məşqçi Faiq Ağayevin rəhbərlik etdiyi qadın millimizin uğursuzluğu davam etməkdədir.
Bu növdə komanda üvləri nəinki fəxrü kürsüyə yaxınlaşıb, heç bir görüşdə qalib gələ bilməyiblər. Monqol legionçularımızın ardından 4-cü yarış günündə rəqabətə qoşulan Gülsədəf Kərimova (63 kq) venesuelalı Anrikelis Barriosa uduzaraq, çıxışını dayandırıb.
Hələlik Fərhad Məmmədovun baş məşqçilik etdiyi yığmamız Orxan Səfərov (60 kq) və Rüstəm Orucov (73 kq) sayəsində 2 gümüş medala malikdir.