- Baxış sayı: 20
- 24 Mart 2026 15:23
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

“Real Madrid” klubu “Çelsi”nin yarımmüdafiəçisi Enso Fernandesin transferi imkanlarını nəzərdən keçirir.
Allsport.az xəbər verir ki, London klubu argentinalı futbolçunun satışından 120 milyon avro gəlir əldə etməyi planlaşdırır.
“Kral klubu” bu məbləği ödəməyə hazır olsa da, keçidin reallaşması üçün ilk növbədə maaş büdcəsini tənzimləməli və hazırkı heyətdən bir neçə oyunçu ilə yolunu ayırmalıdır.
Transfer baş tutacağı təqdirdə, Argentinanın “River Pleyt” klubu futbolçunun yetişdirilməsinə görə kompensasiya olaraq təxminən 5 milyon avro alacaq.
Fernandes “Çelsi”yə 2023-cü ilin əvvəlində “Benfika”dan keçib və hazırda London təmsilçisinin əsas oyunçularından biridir.