- Baxış sayı: 62
- 26 Mart 2026 10:00
- Baxış sayı: 686
- Mart 30, 2026
- 0

Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət millisi Tatarıstanın paytaxtı Qazanda I MDB oyunlarında ilk matçını keçirib.
Allsport.az xəbər verir ki, “B” qrupunda yer alan kollektiv Belarus seçməsi ilə qarşılaşıb. Görüş rəqibin 6:0 hesablı qələbəsi ilə başa çatıb.
Ağatahir Əzimovun başçılıq etdiyi yığma qrupdakı son görüşündə Qırğızıstanla üz-üzə gələcək. Həmin oyun sentyabrın 9-da olacaq.