- Baxış sayı: 36
- 22 Aprel 2025 23:48
- Baxış sayı: 97
- Aprel 23, 2025
- 0
Gədəbəy idman klubunun yeni cüdo zalı fəaliyyətə başlayıb.
Allsport.az xəbər verir ki, Gədəbəy rayon mərkəzi parkının yaxınlığında yerləşən zalda yeniyetmə və gənclərin cüdo ilə məşğul olması üçün bütün şərait yaradılıb.
Yeni müasir avadanlıqlarla təchiz edilən cüdo zalının ümumi sahəsi 170 kvadratmetr təşkil edir.
Məşq zalı ACF tərəfindən beynəlxalq cüdo federasiyasının rəsmi təchizatçısı olan “Taishan” firmasının tatamiləri ilə təchiz olunub.