- Baxış sayı: 34
- 24 Noyabr 2024 10:15
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
AGF gələn il üçün paytaxtda təşkil olunacaq beynəlxalq yarışların təqvim planını təqdim edib. Allsport.az saytı xəbər verir ki, işə fevralın 16-17-də batut gimnastikası üzrə dünya kuboku ilə start verəcək. Bir ay sonra – martın 14-17-də meydança idman gimnastlarının olacaq. Bu tarixlərdə artıq 4-cü dəfə ölkəmizdə idman gimnastikası üzrə dünya kuboku təşkil olunacaq. Aprel və may ayları isə bədii gimnastların çıxışları ilə əlamətdar olacaq. Aprelin 26-28-də bu növ üzrə dünya kuboku, bir neçə həftə sonra – mayın 17-19-da isə Avropa çempionatı keçiriləcək.
Gələn il AGF ilk dəfə olaraq gimnastikanın iki növü üzrə Avropa çempionatına ev sahibliyi edəcək. Belə ki, bədii gimnastların ardınca, mayın 24-26-da qitənin ən güclü aerobika gimnastları paytaxtımızda toplaşacaqlar.
İyulun 20-28-də ölkəmizdə ilk dəfə olaraq Avropa Gənclər Olimpiya Festivalı keçiriləcək. Bu festival çərçivəsində baş tutacaq idman gimnastikası üzrə yarışlar da məhz Milli Gimnastika Arenasında olacaq.
İlin nəzərdə tutulan son yarışı bədii gimnastika üzrə dünya çempionatıdır. Bakı 14 ildən sonra yenidən dünya birinciliyinə ev sahibliyi edərək, ən güclülərin müəyyənləşdiyi mübarizənin şahidi olacaq.
Paytaxtımızda baş tutacaq hər üç dünya kuboku, eləcə də dünya çempionatının əsas özəlliklərindən biri isə məhz Tokio-2020 yay olimpiya oyunlarına lisenziya xarakteri daşıması olacaq.
Qeyd edək ki, gimnastika növləri üzrə bütün beynəlxalq yarışların Milli Gimnastika Arenasında baş tutması daimi gimnastika tamaşaçılarını daha da sevindirəcək. Belə ki, onlar sərfəli şərtlərlə “Mövsümi Bilet” əldə edərək, artıq bütün beynəlxalq gimnastika yarışlarını özlərinə məxsus oturacaqlardan izləyə biləcəklər.