- Baxış sayı: 50
- 22 Mart 2026 13:36
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0
Sentyabrın 16-18-də İspaniyanın Malaqa şəhərində gənc cüdoçular arasında Avropa birinciliyi keçiriləcək. Allsport.az saytı xəbər verir ki, fərdi və komanda şəklində keçiriləcək yarışda millimiz də təmsil olunacaq.
Hal-hazırda komandamız Bakıda baş məşqçi Rəşad Məmmədovun rəhbərliyi ilə təlim-məşq toplanışında iştirak edir. 43 ölkədən 409 idmançının (225 oğlan, 184 qız) qatılacağı Avropa çempionatında bizdən 14 cüdoçu (10 oğlan, 4 qız) mübarizə aparacaq.