- Baxış sayı: 65
- 03 Dekabr 2025 22:40
- Baxış sayı: 49
- Dekabr 05, 2025
- 0

13-15 noyabrda Slovakiya paytaxtı Bratislavada gənc cüdoçular arasında Avropa birinciliyi keçiriləcək. Allsport. az saytı xəbər verir ki, bu yarışda Azərbaycan millisi də mübarizə aparacaq. Qitə birinciliyində ölkəmizi məşqçilər Elçin İsmayılov və Rəşad Məmmədovun rəhbərliyi ilə 10 idmançı təmsil edəcək.
Bunlar Rəşad Rufullayev (66 kq), Telman Vəliyev (66 kq), Cəlil Şükürov (100 kq), Hidayət Heydərov (73 kq), Rüfət Tağızadə (60 kq), Davud Məmmədov (60 kq), Rirudin Dadaşov (90 kq), Zelym Kotsoiev (90 kq), Səkinə Zairova (57 kq) və Leyla Əliyevadır (48 kq).