- Baxış sayı: 41
- 06 Fevral 2026 21:54
- Baxış sayı: 130
- Fevral 06, 2026
- 0

Çex Respublikasının paytaxtı Praqa şəhərində gənc cüdoçular arasında Avropa kubokuna yekun vurulub. Allsport.az saytı xəbər verir ki, yarışın sonuncu günü də Azərbaycan millisi üçün uğurlu olub; komandamız 3 medal qazanıb.
Bizdən Aslan Mirzəyev (90 kq) gümüş, Rüfət İsmayılov (81 kq) və Azər Yaqubov (60 kq) bürünc medala yiyələniblər. Bununla da, gənc cüdoçularımız bu yarışı 8 mükafatla (1 qızıl, 3 gümüş və 4 bürünc) başa vurublar.
35 ölkədən 391 idmançının (250 oğlan, 141 qız) mübarizə apardığı Avropa kubokunda Azərbaycan 17 nəfərlə (15 kişi, 2 qadın) ilə təmsil olunub.