- Baxış sayı: 53
- 22 Mart 2026 13:36
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

Rusiyanın Orenburq şəhərində gənc cüdoçuların Avropa kubokuna yekun vurulub. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisinin çıxışı uğurlu alınıb. Təmsilçilərimiz 4 medal qazanaraq, yarışı 2-ci yerdə tamamlayıblar.
Hidayət Heydərov (73 kq) və Zeym Kotsiyev (100 kq) qızıl, Rasim Əlməmmədov (60 kq) gümüş, Tural Səfquliyev isə bürünc medal qazanıblar.
Orenburqda təşkil olunan Avropa kubokunda 19 ölkədən 261 idmançı medallar uğrunda mübarizə aparaıb. Azərbaycan millisi isə 7 cüdoçu ilə təmsil olunub.