- Baxış sayı: 46
- 06 Fevral 2026 21:54
- Baxış sayı: 139
- Fevral 06, 2026
- 0

Gənclər və İdman Nazirliyi ilə Cüdo federasiyası ötən ilin aprel döyüşlərində qəhrəmancasına həlak olmuş polkovnik-leytenant Raquf Orucovun və digər şəhidlərin xatirəsinə 21 yaşadək oğlanlar və qızların klublar arasında beynəlxalq komanda yarışı keçiriləcəklər.
Allsport.az saytı xəbər verir ki, 17-19 apreldə təşkil olunacaq turnirdə hər kollektivdən 7 nəfər, o cümlədən 5 oğlan və 2 qız iştirak edə bilər. Oğlanlar 60, 66, 73, 81 və +81 kq, qızlar 57 və 63 kq-da mübarizə aparacaqlar. İlk 3 yeri tutacaq komanda və iştirakçılar müvafiq dərəcəli kubok, diplom, medal və pul mükafatları ilə təltif olunacaqlar.