Gimnastika federasiyası bu il 7 nüfuzlu yarışa ev sahibliyi edəcək

Gimnastika federasiyası cari mövsümdə bir neçə irimiqyaslı yarışa ev sahibliyi edəcək. Allsport.az saytı xəbər verir ki, rəqabətə fevralın 16-17-də batut üzrə dünya kuboku ilə start veriləcək. Bir ay sonra, martın 14-17-də meydan idman gimnastlarının olacaq.

Ölkəmizdə 4-cü dəfə bu növdə dünya kuboku keçiriləcək. Yaz ayları bədii gimnastların çıxışları ilə əlamətdar olacaq. Aprelin 26-28-də dünya kuboku, mayın 17-19-da isə Avropa çempionatı keçiriləcək.

Cari il AGF ilk dəfə 2 növü üzrə qitənin ən güclülərinin yarışına ev sahibliyi edəcək. Mayın 24-26-da aerobika gimnastları paytaxtımızda toplaşacaqlar.

İyulun 20-28-də ölkəmizdə Avropa gənclər olimpiya festivalı keçiriləcək. İlin sonuncu yarışı bədii gimnastika üzrə dünya çempionatıdır. Bakı 14 ildən sonra yenidən bu tədbirə ev sahibliyi edəcək.

Bakıda keçiriləcək hər 3 dünya kuboku, eləcə də dünya çempionatının əsas özəlliklərindən biri Tokio-2020 yay olimpiya oyunlarına lisenziya xarakteri daşımasıdır.

Həmin kateqoriyadan