- Baxış sayı: 221
- 26 Mart 2026 11:23
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Gimnastika federasiyasının 34-cü iclası keçirilib. Allsport.az xəbər verir ki, ilin yekunlarına həsr olunmuş toplantıda icra komitəsinin üzvləri, qurumun nümayəndələri və gimnastika növləri üzrə yığma komandaların üzvləri iştirak ediblər.
Yığıncaqda 2019-cu ildə Tokioda keçirilmiş batut gimnastikası üzrə dünya yaş qrupları yarışlarında medal qazanmış idmançılar və onların məşqçiləri mükafatlandırılıb.
Komitənin iclasında diqqət mərkəzində dayanan digər vacib məsələ 2020-ci il üzrə planların müzakirəsi olub.