- Baxış sayı: 44
- 20 Noyabr 2024 22:21
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Dekabrın 24-də Milli Gimnastika Arenasında Azərbaycan Gimnastika Federasiyasının hesabat-seçki xarakterli altıncı ümumi yığıncağı keçirilib. Allsport.az xəbər verir ki, tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Gündəlikdə duran əsas məsələlər Federasiyanın prezidentinin və idarə heyətinin tərkibinin yenidən seçilməsi, həmçinin ölkəmizdə gimnastikanın inkişafı istiqamətində gələcək fəaliyyət planının təsdiq olunmasıdır.
Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov tədbirdə ötən dövr ərzində görülmüş işlər haqda hesabat məruzəsi ilə çıxış edib.
Sonra ilk Avropa Oyunlarında, qitə və dünya çempionatlarında fərqlənmiş gimnastlar və məşqçilər xatirə medalları ilə təltif olunub.