- Baxış sayı: 44
- 20 Noyabr 2024 22:21
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Azərbaycan gimnastika federasiyasının icra komitəsinin iclası olub. Allsport.az saytı xəbər verir ki, ilin yekunlarına aid videokonfransda federasiyanın vitse-prezidenti Altay Həsənov, icra komitəsinin üzvləri Mariana Vasileva, Rafiq Behbudov və Rauf Əliyev, eləcə də gimnastikanın müxtəlif növləri üzrə yığma komandaların baş məşqçiləri iştirak ediblər.
Baş məşqçilərin, həmçinin federasiya ilə sıx əməkdaşlıq edən idman təşkilatlarının 2021-ci il üzrə hesabatları dinlənilib və təsdiq edilib. Eləcə də regionlarda fəaliyyət göstərən gimnastika bölmələrinin fəaliyyəti barədə məruzə diqqətə çatdırılıb.
Daha sonra federasiyanın fəaliyyəti ilə əlaqədar iclasın gündəliyində duran bir sıra mühüm məsələlər müzakirə olunaraq, AGF-nin “Etika”, Gimnastikada Təhlükəsiz Mühitin Təminatı və İştirakçıların Şəxsiyyətinin Mühafizəsi”, “Kütləvi İnformasiya Vasitələri”, “Lisenziya”, “Məşqçilərin Peşəkar Hazırlığı üzrə Tədris Proqramına dair” qaydalar qəbul olunub, eləcə də “İntizam Məcəlləsi” və “Texniki Reqlament”ə dəyişikliklər təsdiq edilib.
İclasda, həmçinin növbəti ilin əvvəlində keçiriləcək AGF-nin 12-ci ümumi yığıncağının tarixi müəyyən edilərək gündəliyi təsdiqlənib. Bundan əlavə, AGF-nin 2022-ci il üzrə planları barədə müzakirə aparılıb.