“Gimnastika hamı üçün” vebinarı davam edir

“Gimnastika hamı üçün” vebinarı davam edir. Allsport.az saytı xəbər verir ki, tədbir böyük marağına səbəb olub, 84 nəfər qeydiyyatdan keçib. Toplantı millinin baş məşqçisi Mariana Vasileva və məşqçisi Ruslan Eyvazov tərəfindən keçirilir.

Məqsəd “Gimnastika hamı üçün” haqda ümumi məlumat vermək, bu növ üzrə təşkil edilən əsas yarışlar və tədbirlər (Ümumdünya gimnastradası, “World Gym for Life Challenge”, EUROGYM, “European Gym for Life Challenge”, “Golden age” festivalı), bu növlə məşğul ola biləcək şəxslər, yaş qrupları haqqında məlumatlandırmaq, eləcə də ölkə ərazisində inkişaf imkanlarını müzakirə etməkdir.

Həmin kateqoriyadan