Gimnastika kursları başlayıb

Gimnastika federasiyasının təşkilatçılığı ilə dövlət bədən tərbiyəsi və idman akademiyası tərəfindən xüsusi olimpiya üzrə məşqçilik (bədii gimnastika, gimnastika hamı üçün) və hakimlik (bədii gimnastika) kurslarına start verilib.

Allsport.az saytı xəbər verir ki, Milli gimnastika arenasında nəzəri və təcrübi məşğələlər yunanıstanlı mütəxəssis Sofiya Bura tərəfindən tədris edilir. Kursların yekununda mütəxəssislər iştirakçı diplomu ilə təltif olunacaqlar.

Həmin kateqoriyadan