- Baxış sayı: 50
- 25 Noyabr 2024 23:26
- Baxış sayı: 36
- Noyabr 26, 2024
- 0
Kişi idman gimnastikası üzrə 29-cu, qadın idman gimnastikası üzrə 8-ci ölkə çempionatı və birinciliyi başa çatıb.
Allsport.az xəbər verir ki, iki gün davam edən yarışlarda müxtəlif yaş kateqoriyaları üzrə gimnastlar birincilik uğrunda mübarizə apardılar.
Yarışda Balakən olimpiya idman kompleksi, “Ocaq” idman klubu (Bakı və Sumqayıt bölmələri), Təhsil respublika idman mərkəzinin Sumqayıt şəhər 1 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman şahmat məktəbi və Sumqayıt olimpiya kompleksindən 17 qadın, 33 kişi olmaqla, ümumilikdə, 50 idmançı öz bacarıqlarını sınayıb.
Qadın idman gimnastikasında – uşaqlar (2014-2015-ci il təvəllüdlülər), yeniyetmələr (2012-2013-cü il təvəllüdlülər), gənclər (2009-2011-ci il təvəllüdlülər), böyüklər (2006-cı il təvəllüdlülər və daha böyüklər), kişi idman gimnastikasında isə yeniyetmələr (2011-2012-ci il təvəllüdlülər), gənclər (2009-2010-cu il təvəllüdlülər) qrup “B”, gənclər (2007-2008-ci il təvəllüdlülər) qrup “A” və böyüklər (2006-cı il təvəllüdlülər və daha böyüklər) kateqoriyalarında idmançılar öz performanslarını nümayiş etdiriblər.
Yarışın birinci günündə gimnastlar fərdi çoxnövçülük üzrə, ikinci gündə isə ayrı-ayrı alətlərdə (dayaqlı tullanma, müxtəlif hündürlüklü qollar, gimnastika tiri, sərbəst hərəkətlər) çıxışlar sərgilədilər.
Sonda hər kateqoriya üzrə qalib olan gimnastlar mükafatlandırıldı.