- Baxış sayı: 230
- 30 Noyabr 2025 10:00
- Baxış sayı: 107
- Dekabr 05, 2025
- 0

Azərbaycan gimnastika federasiyası ölkədaxili yarışları bərpa etmək qərarına gəlib.
Allsport.az saytı xəbər verir ki, tədbirlərin nazirlər kabinetinin xüsusi icazəsi ilə ölkəmizdə tətbiq edilən mövcud karantin qaydalarına və sanitar-epidemioloji tələblərə uyğun olaraq və tamaşaçı iştirakı olmadan keçirilməsi planlaşdırılır. İlin ilk 3 ayı ərzində Milli gimnastika arenasında müxtəlif gimnastika növləri üzrə 4 milli yarış keçiriləcək.
29 yanvar 2022-ci il – batut gimnastikası üzrə 6-cı, tamblinq üzrə 18-ci Azərbaycan birinciliyi və Bakı çempionatı
24-25 fevral – akrobatika gimnastikası üzrə 27-ci Azərbaycan birinciliyi və Bakı çempionatı
16 mart – bədii gimnastika üzrə 27-ci Azərbaycan çempionatı
25-26 mart – qadın idman gimnastikası üzrə 6-cı, kişi idman gimnastikası üzrə 27-ci Azərbaycan birinciliyi və Bakı çempionatı