- Baxış sayı: 218
- 26 Mart 2026 11:23
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Bakıda aerobika gimnastikası üzrə dünya yaş qrupları yarışları davam edir. Allsport.az xəbər verir ki, fərdi qadın gimnastların yarışında təmsilçimiz Dilarə Qurbanovanın çıxışı hakimlər tərəfindən 18,450 xalla qiymətləndirilib. Gimnastımız 16-cı pillədə qərarlaşdırılıb.
15-17 yaşlı gimnastların yarışına 20 xalla Rusiya idmançısı Varvara Zibina liderlik edir.
Sayca 9-cu olan bu yarışda 18 ölkədən 202 gimnast iştirak edir.
Turnirdə 12-14 və 15-17 yaş qruplarında gimnastlar birincilik uğrunda mübarizə aparırlar.