- Baxış sayı: 214
- 26 Mart 2026 11:23
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

27-29 iyunda Polşanın Jeşuv şəhərində akrobatika gimnastikası üzrə dünya kuboku keçirilib.
Allsport.az xəbər verir ki, yarışda Azərbaycanı kişi cütlüyü – Daniel Abbasov və Murad Rəfiyev, qarışıq cütlük – Sabir Ağayev və Milana Əliyeva, kişi qrupu – Abdulla Əl-Məşayxi, Seymur Cəfərov, Riad Səfərov və Rəsul Seyidli, qadın qrupu – Anahita Bashiri, Zəhra Rəşidova və Nəzrin Zeyniyeva təmsil edib.
Qarışıq hərəkətlər proqramı üzrə kişi qrupu – Abdulla Əl-Məşayxi, Seymur Cəfərov, Riad Səfərov və Rəsul Seyidli 29.070 xalla, kişi cütlüyü – Daniel Abbasov və Murad Rəfiyev isə 28.730 xalla ikinci yeri tutaraq gümüş medal qazanıblar.