- Baxış sayı: 236
- 30 Noyabr 2025 10:00
- Baxış sayı: 51
- Dekabr 05, 2025
- 0

8-13 iyulda Portuqaliyanın Santarem şəhərində batut gimnastikası və tamblinq üzrə “ScalabisCup 2025” beynəlxalq turniri keçirilib.
Allsport.az xəbər verir ki, turnirdə Azərbaycan idmançıları 10 medal qazanıblar.
Tamblinq üzrə nəticələr:
U12 yaş kateqoriyası:
Sənan Rzazadə – 21.300 xal, I yer
Əsnad Niftiyeva – 18.600 xal, II yer
Böyüklər yaş kateqoriyası:
Tofiq Əliyev, Bilal Qurbanov və Aleksey Karataşov – 156.300 xal, komanda hesabında I yer
Tofiq Əliyev – 28.200 xal, II yer
Bilal Qurbanov – 26.400 xal, III yer
Batut gimnastikası üzrə nəticələr:
U14 yaş kateqoriyası:
Məhəmməd Həsənli – 46.350 xal, I yer
Fərhad Mustafayev – 49.190 xal, I yer
Ömər Baxşalıyev – 53.000 xal, II yer
Nicat Mirzəyev – 53.820 xal, III yer
İkili-mini batut üzrə:
Ömər Baxşalıyev – 23.900 xal, III yer