- Baxış sayı: 44
- 20 Noyabr 2024 22:21
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Belçikanın Gent şəhərində bədii gimnastika üzrə ənənəvi “Happy Cup” beynəlxalq turniri keçirilib. Allsport.az xəbər verir ki, turnirdə ölkəmizi Fatimə Əkbərova, Gövhər İbrahimova, Kamilla Seyidzadə, Mədinə Dəmirova, Kamilla Əliyeva, Alina Gözəlova və Məryəm Əliyeva təmsil edib.
Gimnastlarımız arasında ən yaxşı nəticəni 2009-cu il təvəllüdlü gimnastların yarışında çıxış edən Gövhər İbrahimova göstərib. O, həm çöxnövçülükdə, həm də iplə kompozisiyasına görə qızıl medal qazanıb. Bu yaş qrupunda yarışan Məryəm Əliyeva isə çoxnövçülükdə 6-cı yeri tutub.
Növbəti qızıl medalların sahibi Kamilla Seyidzadə olub. O, 2007-ci il təvəllüdlü gimnastlar arasında fərqlənərək, həm çoxnövçülük, həm də topla yarışlarda fəxri kürsünün 1-ci pilləsinə yüksəlib. Bu yaş qrupunda çıxış edən digər gimnast Mədinə Dəmirova çoxnövçülükdə 12-ci olub.
Gənclər yaş qrupunda çoxnövçülükdə mübarizə aparan Alina Gözəlova 6-cı, Kamilla Əliyeva isə 8-ci yerdə qərarlaşıb.
Böyüklər arasında yarışan Fatimə Əkbərova çöxnövçülük yarışlarında 6-cı olub.