- Baxış sayı: 210
- 26 Mart 2026 11:23
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Akrobatika gimnastikası üzrə Azərbaycan yığması Bolqarıstana yollanıb.
Allsport.az xəbər verir ki, idmançılar Varna şəhərində keçiriləcək 31-ci Avropa yaş qrupları yarışında çıxış edəcəklər.
Aysel Musayeva, Darya Pasmurnova, Fidan Mirzəyeva (12-18 yaş, qadın qrupu-1), Jasmin Əliyeva, Aylin Məmmədova və Ayan Hacılı (12-18 yaş, qadın qrupu-2) turnirdə qüvvələrini sınayacaqlar.
Qeyd edək ki, 31-ci Avropa yaş qrupları yarışı 12-15 oktyabr tarixlərində təşkil olunacaq.