- Baxış sayı: 44
- 20 Noyabr 2024 22:21
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Portuqaliyanın paytaxtı Lissabonda bədii gimnastika üzrə Dünya Kubokunun mərhələsi və beynəlxalq turnir başa çatıb. Allsport.az xəbər verir ki, bu yarışlar vətənə iki bürünc medal gətirən gimnastımız Marina Durundanın parlaq çıxışı ilə yadda qalıb.
Azərbaycan yığmasının lideri və qarşıda gələn Avropa oyunlarının idman səfiri, Marina top və lent ilə hərəkətlərdə 3-cü olub. Gimnastımız gürzlər və halqa ilə hərəkətlərdə də yaxşı nəticə göstərərək 4-cü yerdə qərarlaşıb. Bundan əlavə, o, çoxnövçülükdə 5-ci yer tutub.
Digər bürünc medalı isə Dünya Kuboku çərçivəsində keçirilən beynəlxalq turnirdə iplə çıxış edən yeniyetmə gimnastımız Jalə Piriyeva qazanıb.
Yeniyetmələrdən ibarət qrup hərəkətləri komandasının beş top ilə parlaq çıxışı da diqqətdən kənarda qalmayıb. Yarışın yekunları üzrə dördüncü olan Azərbaycan gimnastlarının çıxışı alqışlarla qarşılanıb.