- Baxış sayı: 205
- 26 Mart 2026 11:23
- Baxış sayı: 226
- Mart 26, 2026
- 0

Bakıda təşkil olunan bədii gimnastika üzrə Avropa kuboku yekunlaşıb.
Allsport.az xəbər verir ki, Azərbaycanın gənc gimnastları 2 medal qazanıblar.
Şəms Ağahüseynova lentlə, İlahə Bahadırova isə topla çıxışda gümüş medala yiyələnib. Gövhər İbrahimova beynəlxalq yarışı 7-ci pillədə başa vurub.
Yekunda Azərbaycan yığması Avropa kubokunu 4 medalla başa vurub. Digər 2 medalı böyüklərin çıxışında qrup hərəkətləri komandası qazanıb.
İlk dəfə təşkil olunan beynəlxalq yarışda 37 ölkədə 160 gimnast yarışıb.