- Baxış sayı: 214
- 26 Mart 2026 11:23
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0
Serbiyanın paytaxtı Belqradda bədii gimnastika üzrə keçirilən “Ritam Cup” adlı beynəlxalq turnir başa çatıb.
Allsport.az xəbər verir ki, Azərbaycan millisi yarışı 5 medalla başa vurub.
Gimnastlarımızdan Sofiya Məmmədova gənclər arasında çoxnövçülükdə ikinci, halqa və topla hərəkətlərdə üçüncü yeri tutub.
İlona Zeynalova isə böyüklər arasında çoxnövçülük və halqa ilə çıxışda bürünc mükafata yiyələnib.