- Baxış sayı: 234
- 30 Noyabr 2025 10:00
- Baxış sayı: 49
- Dekabr 05, 2025
- 0
Qazaxıstanın Almatı şəhərində tamblinq üzrə keçirilən beynəlxalq turnir başa çatıb.
Allsport.az xəbər verir ki, Azərbaycan yığması yarışı 6 medalla başa vurub.
Yığmamızın heyətində Aleksey Karataşovla Sənan Rzazadə qızıl, Xətai Hümbətovla Nazim Nağı gümüş, Hüseyn Əsədullayev bürünc medal qazanıb.
Gimnastlarımız Hüseyn Əsədullayev, Aleksey Karataşov, Uğur Cəfərli və Sənan Rzazadənin yer aldığı komandamız birinci pillədə qərarlaşıb.