Gimnastlarımızdan qızıl medal 

Azərbaycan gimnastları Bolqarıstanda keçirilən “Plovdiv Cup Aerobics Open” beynəlxalq turnirində qızıl medal qazanıb.

Allsport.az xəbər verir ki, qarışıq cütlüklərin yarışında Vladimir Dolmatov və Mədinə Mustafayeva qalib gəliblər.

Bolqarıstan turnirini gimnastlarımız üçün sentyabrın 27-29-da İtaliyanın Pesaro şəhərində keçiriləcək dünya çempionatına hazırlıq mərhələsi kimi də dəyərləndirmək olar.

Həmin kateqoriyadan