Gimnastların yarış həyəcanı sona çatdı

Milli gimnastika arenasında bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı birinciliyi, eləcə də 6-cı bölgələrarası kubok başa çatıb.

Allsport.az verir ki, aerobika üzrə 5-ci Azərbaycan birinciliyi və Bakı çempionatına yekun vurulub. Dörd günlük yarışlarda bədii gimnastika təmsilçiləri 4 yaş qrupunda fərdi və qrup hərəkətləri proqramında, aerobika gimnastları isə 4 yaş kateqoriyası üzrə fərdi, qarışıq cütlük, üçlük, qrup və aerodans proqramlarında çıxış ediblər.

This image has an empty alt attribute; its file name is f3dd415d-cad0-42e4-836d-de8461d5ec3c_640.jpg

Bədii gimnastika yarışlarında Bakı gimnastika məktəbi, “Ocaq Sport”, “AyUlduz”, “Zirvə International” klubları, və Respublika kompleks idman məktəbinin, bölgələr arasında Xırdalan, Sumqayıt, Mingəçevir, Şirvan, Zaqatala, Qusar və Naxçıvanın, aerobika gimnastikası üzrə yarışlarda isə “Ocaq Sport” klubunun yetirmələri fərqləniblər.

Qeyd edək ki, gimnastika növləri üzrə növbəti yerli yarışlar noyabr ayında baş tutacaq. Noyabr 8-i tamblinq üzrə 17-ci Azərbaycan çempionatı və birinciliyi, 9-u isə batut gimnastikası üzrə 5-ci Azərbaycan çempionatı və birinciliyi təşkil ediləcək.

Həmin kateqoriyadan