- Baxış sayı: 81
- 10 Dekabr 2025 22:10
- Baxış sayı: 139
- Dekabr 15, 2025
- 0

Milli gimnastika arenasında Göyçay və İsmayıllı olimpiya idman komplekslərinin bədii gimnastika bölməsinin üzvlərinin iştirakı ilə təlim-məşq keçirilir.
Allsport.az saytı xəbər verir ki, dekabrın 24-dək davam edəcək toplanışın təşkili bölgələrdə bu idman növünün inkişaf etdirilməsi, hazırlıq səviyyəsinin gücləndirilməsidir.
İsmayıllıda 2015-ci, Göyçayda 2017-ci ildən bədii gimnastika bölməsi fəaliyyət göstərir. Bölgələrdə gimnastikanın inkişafı çərçivəsində müxtəlif regionlardan gimnastlar paytaxtda mütəmadi hazırlıqlarda iştirak edirlər.