- Baxış sayı: 80
- 10 Dekabr 2025 22:10
- Baxış sayı: 87
- Dekabr 15, 2025
- 0

Türkiyənin Antalya şəhərində keçirilən Yaşar Doğu & Vehbi Əmrə turnirinə yekun vurulub.
Allsport.az xəbər verir ki, Azərbaycan sərbəst güləşçiləri yarışın son günündə daha 1 medal qazanıblar.
79 kq çəki dərəcəsində mübarizə aparan Ramiz Həsənov bürünc medal qazanıb. Təmsilçilərimizdən Ceyhun Allahverdiyev (61 kq), Məhəmməd-Başir Xaniyev, Sabir Cəfərov (hər ikisi 70 kq), Əşrəf Aşırov (79 kq), Şamil Zubairov və Abdulcəlil Şabanov (hər ikisi 92 kq) medalçılar sırasına düşə bilməyiblər.