- Baxış sayı: 40
- 06 Fevral 2026 21:54
- Baxış sayı: 124
- Fevral 06, 2026
- 0

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda cüdo üzrə böyüklər arasında Avropa kubokuna start verilib.
Allsport.az xəbər verir ki, ilk yarış günündə milli komanda bir medal qazanıb. 78 kq çəki dərəcəsində çıxış edən Günel Həsənli üçüncü yeri tutaraq bürünc medala layiq görülüb.
Turnirdə 30 ölkədən 306 cüdoçu mübarizə aparır. Azərbaycan 8 qadın cüdoçu ilə təmsil olunur.