- Baxış sayı: 33
- 24 Noyabr 2024 10:15
- Baxış sayı: 97
- Noyabr 21, 2024
- 0
Paytaxtda bədii gimnastika üzrə “GymBala” beynəlxalq turnirinə yekun vurulub. Allsport.az saytı xəbər verir ki, günün ilk yarışında 2008-ci il təvəllüdlülər fərdi proqramda alətsiz və halqa ilə hərəkətlərdə mübarizəyə qoşulublar. Bu rəqabətdə Bakı Gimnastika Məktəbinin yetirməsi Leyli İsmayılova 25,950 xal toplayaraq 1-ci olub. “Ocaq Sport”un təmsilçisi Nərminə Bayramova 24,500 xalla 2-ci, ukraynalı Anastasiya Korotianskaya 23,850 xalla 3-cü olublar.
2007-ci il təvəllüdlü yeniyetmələrin çoxnövçülük üzrə halqa və topla yarışlarının ümumi nəticəsinə görə “Ocaq Sport”un yetirmələri Fatimə Məmmədzadə (24,950l) qızıl, Mədinə Dəmirova (23,550) gümüş, Kamilla Seyidzadə (22,700) müvafiq olaraq ilk 3 pillədə qərarlaşıblar.
Sonra 2006-cı il təvəllüdlü yeniyetmələr çoxnövçülük üzrə ip, top və gürzlərlə yarışlarda qalib adı uğrunda mübarizə aparıblar. Zəhra Paşayeva 41 xalla 1-ci, Alina Gözəlova 40,050 xalla 2-ci, Kamilla Əliyeva isə 39,050 xalla 3-cü yer tutublar. Hər üç gimnast “Ocaq Sport” klubunu təmsil edir.
Gənclər (2003-2005-ci il təvəllüdlü) arasında yarışlarda isə halqa, top, gürzlər və lentlə hərəkətlərdə çoxnövçülük üzrə turnirin ən yaxşılarının adlarına aydınlıq gəlib. Bu yaş kateqoriyasında da “Ocaq Sport” əlçatmaz olub. Nərminə Səmədova (64,500 xal), Arzu Cəlilova (61,300 xal) və Məryəm Səfərova (60,750 xal) müfaviq olaraq fəxri kürsünün ilk üç pilləsində çıxıblar.
Daha sonra komanda yarışlarına start verilib. Bala gimnastların (2011-2013-cü il təvəllüdlü) alətsiz və topla mübarizəsinin ümumi nəticəsinə görə “Ocaq 8” komandası 19,900 xalla 1-ci, “Ocaq 10” kollektivi 18 xalla 2-ci, “BGM 1” isə 17,950 xalla 3-cü olub. Gənclərin (2003-2005-ci il təvəllüdlü) yarışında isə Azərbaycan milli komandası lentlərlə hərəkətlərdə 15,450 xal toplayıb. Gürzlərlə hərəkətlərdə öz bacarığını nümayiş etdirən Misir yığmasının çıxışını hakimlər 12,150 xalla qiymətləndiriblər. Digər təmsilçimiz “Ayulduz 2” komandası lentlə hərəkətlərdə 5 xal qazana bilib.
Bütün yaş kateqoriyaları üzrə həm ayrı-ayrı alətlər, həm də çoxnövçülük yarışlarında qalib gələn gimnastlara diplom və mükafatlar təqdim olunub.