- Baxış sayı: 29
- 21 Noyabr 2024 14:48
- Baxış sayı: 42
- Noyabr 21, 2024
- 0
“Fikrimcə, komandanın hazırlıq durumu əvvəlki oyunla müqayisədə indi daha yaxşıdır. Çünki bu dəfə hazırlaşmaq üçün vaxtımız çoxdur. Müqayisə üçün deyim ki, əgər Slovakiya ilə matça biz cəmi 10 gün məşq keçməklə çıxmışdıqsa, indi ən azı, hesabımızda 2 rəsmi oyun da var”. Allsport.az saytı xəbər verir ki, bu sözü futzal millimizin baş məşqçisi Joze Alesio Da Silva deyib. O, heyətlə bağlı problemlərin olduğunu da qeyd edib:
“Fevralın 25-dən toplanışa başlayacağıq. Ancaq toplanışa qədər də məşqlərimizi edirdik. Ona görə qarşıdakı günlərin tam hazır olmaq üçün yetərli olacağı qənaətindəyəm. Yaxşı olardı ki, legioner kimi başqa ölkələrdə çıxış edən futzalçılarımız da ilk gündən hazırlığa qoşulsunlar. Təəssüf ki, bu alınamayacaq. Çünki onların formasını geyindiyi klubların çempionat oyunları var.
Rəqibimizə hörmətlə yanaşırıq. Bizim tapşırığımız isə, hər 2 oyunda qələbə qazanmaq, aktivimizə 6 xal yazdırmaqdır. Bunu reallaşdırsaq, lideliyi təmin edəcəyikmi? Bu haqda danışmaq tezdir. Ancaq mübarizənin sona qədər davam edəcəyini düşünürəm”.