- Baxış sayı: 34
- 25 Yanvar 2026 10:00
- Baxış sayı: 110
- Yanvar 25, 2026
- 0

“Araz-Naxçıvan” Azərbaycan premyer liqasının XVII turunda səfərdə “İmişli” ilə heç-heçə edib – 2:2.
Allsport.az xəbər verir ki, görüşdən sonra muxtar respublika təmsilçisinin yeni baş məşqçisi Andrey Demçenkonun mətbuat konfransı keçirilib.
O, bunu deyib: “Hava şəraiti və stadionun vəziyyəti yaxşı oynamağa imkan vermədi. Rəqib standart vəziyyətdən 2 qol vurdu. Çalışırdıq ki, oyuna nəzarəti özümüzdə saxlayaq, qollar vuraq. Futbolun yazılmayan qanunu var: vurmayana vurarlar. Hazırda əlimizdə olan futbolçuların gücündən maksimum istifadə etməyə çalışırıq.
Heyəti quran zaman legionçu və ya yerli seçimi yox, kim hazırdırsa, daha yaxşı vəziyyətdədirsə, ona oynamaq imkanı yaradırıq”.