- Baxış sayı: 37
- 21 Noyabr 2024 20:11
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Fransa payxatında keçirilən “Böyük dəbilqə” yarışından sonra Beynəlxalq Cüdo Federasiyası yeni reytinqi açıqlayıb. Allsport.az saytı xəbər verir ki, bu sınağın yekununa əsasən, tatami ustalarımızın əksəriyyəti mövqelərini yaxşılaşdırıblar. 60 kq-da 3-cü yer tutan Orxan Səfərov 2-ci sıraya yüksəlib. Eyni nəticə göstərən Nicat Şıxəlizadə (66 kq) 2 rəqibini qabaqlayaraq 6-cı yerə çıxıb.
Komandamızın digər bürün mükafatçısı Hidayət Heydərov (73 kq) inanılmaz sıçrayışa edib. O, 92 pillə irəliləyərək 31-ci yerə qalxıb. Gənc idmançının hesabında 582 xal var. 3-cü yer uğrunda tutaşmada Hidayət Heydərova yenilən Rüstəm Orucovu öncədən olduğu kimi, 3130 balla çəkisində şəriksiz öncüldür.
Rüstəmdən fərqli, Parisdə ilk görüşdə uduzan Elmar Qasımov (100 kq) liderliyi təhvil verib. O, ikinci pilləyə enib. “Böyük dəbilqə”də məğlub olan Elxan Məmmədovla (100 kq) 12, Uşanqi Kokuari (+100) 20-ci yerə düşüblər.
Digər aparıcı cüdoçularımızdan İlqar Müşkiyev (60 kq) 18-ci, Məhəmmədəli Mehdiyev (90 kq) 22-ci və Tərlan Kərimov (66 kq) 49-cudur.