- Baxış sayı: 37
- 21 Noyabr 2024 20:11
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
“Avropa oyunlarında arzum yalnız qızıl medal idi. Lakin bürünc medal uğrunda görüşdə belə asanlıqla qalib gələcəyimi gözləmirdim. Rəqibim tanınmış cüdoçudur, olimpiya çempionudur. Buna baxmayaraq, görüşə çıxan kimi təmiz qələbə qazandım”.
Allsport.az saytı xəbər verir ki, bu sözü Hidayət Heydərov (73 kq) deyib. O, gürcüstanlı Laşa Şavdatuaşvili ilə görüş zamanı 51 saniyəyə ipponun baş verəcəyini gözləməyib:
“Bu, mənim fəndim deyildi, çünki özüm daha çox aşağı nahiyədən ipponu sevirəm. Sadəcə, həmin anı tuta bildim”.